Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi olub

28-04-2022, 00:04           
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi olub
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Ukraynanın Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk məlumat verib.

“Yeni əsir mübadiləsi baş verdi, 45 nəfər Rusiya əsirliyindən azad edildi” – deyə nazir “Telegram”da yazıb.

O, azad olunanlardan 33 nəfərin hərbçi, 12 nəfərinsə mülki şəxs olduğunu bildirib. Vereşçuk hərbçilərdən beşinin yaralı olduğu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru