Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
29-04-2022, 10:48
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq. Komissiyanın aprelin 26-da keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.