Rusiyada İES-də güclü yanğın baş verib - VİDEO 30-04-2022, 09:39 Rusiyada Saxalin istilik elektrik stansiyasında güclü yanğın baş verib.BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Saxalinenergo"nun mətbuat katibi Marqarita Tatarova bildirib.Məlumata əsasən, yanğına səbəb turbogeneratorlardan birinin dayanması olub.Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı köməksiz tərk etdiyini bildirib. Facebook-da paylaş