Azərbaycanlı kişi İstanbulda kürəkəni tərəfindən öldürüldü 23-06-2022, 11:40 İstanbul Başakşehirdəki Atatürk Olimpiya Stadionu ətrafındakı meşəlik ərazidə tapılan cəsədin kimə aid olduğu məlum olub.BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, meyitin Azərbaycan əsilli Mübariz Nuriyevə məxsus olduğu müəyyən edilib.Ətrafdakı təhlükəsizlik kameralarına baxış keçirilərkən Nuriyevin kürəkəni H.H.S. tərəfindən öldürüldüyü bilinib.Polis Nuriyevin kürəkənini saxlayıb.Məsələ ilə bağlı araşdırma davam etdirilir. Facebook-da paylaş