Labrador 15 ördək balasını övladlığa götürdü

20-07-2022, 11:54           
Labrador 15 ördək balasını övladlığa götürdü
Britaniyada Labrador 15 ördək balasını övladlığa götürüb. İt ailəsini qoruyur və yad adamları yaxına buraxmır.

Bu barədə NDTV xəbər verib.

“Fred” adlı Labrador anasız qalan 15 ördək balası üçün himayədar ata olub. Valideyn vəzifələrini yerinə yetirən it ailənin qayğısına qalır, yemək gətirir və yad adamlardan qoruyur. Böyük fərqlərə baxmayaraq heyvanlar bir-biriləri ilə rahatdırlar.

“Bir qrup yetim ördək balası qəflətən Labrador şəklində himayədar ataya sahib oldu. Onlar bir-birindən həzz alırlar”, - deyə baytarlar qeyd edir.

“Fred” hələ 2018-ci ildə doqquz ördək balasını övladlığa götürəndə məşhurlaşmışdı. Anaları yoxa çıxmış ördək balalarını təsadüfən qayğıkeş insanlar tapmışdılar.

“Sonra ördək balalarını evə gətirdik, çünki onlar özlərini saxlamaq üçün çox balaca idilər. Fred onları qanadının deyil, pəncəsinin altına götürdü”, - deyə Labradorun sahibi Ceremi Goldsmit zarafat edib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru