Braziliyalıya xarici görünüşünə görə kilsəyə getmək qadağan olundu - FOTO

21-07-2022, 11:54           
Braziliyalıya xarici görünüşünə görə kilsəyə getmək qadağan olundu - FOTO
Tatu və pirsinqlə xarici görkəmini dəyişən braziliyalı Reni Diniz da Silvanın kilsəyə getməsi qadağan edilib.

38 yaşlı kişi son 14 ilini bədəninin modifikasiyasına həsr edib.

Belə ki, o, dərinin 70%-ni rəsmlərlə örtüb, əlinə yeddi silikon implant quraşdırıb və alnında buynuz şəklində transdermal pirsinq etdirib.

Bundan əlavə, braziliyalı dilini iki yerə bölüb, gözlərinin ağlarını qara piqmentlə rəngləyib və qulaqlarının hissələrini elə kəsib ki, orklara oxşasın. Transformasiyanın ona 50 min funta başa gəldiyi məlum olub.

Eyni zamanda da Silva xarici görünüşünə görə İblisə oxadığına görə Katolik Kilsəsi tərəfindən tənqidlə üzləşib. Belə ki, din xadimləri və rəsmilər onu məbədlərə buraxmaqdan imtina ediblər. Ona bu əmələrinə görə cəhənnəmə gedəcəyi deyilib.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru