Liviyada silahlı toqquşmalar başladı

23-07-2022, 09:45           
Liviyada silahlı toqquşmalar başladı
Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında gedən döyüşlərdə azı 12 nəfərin öldüyü, çoxlu sayda yaralı olduğu bildirilir. Həlak olanlar arasında mülki şəxslər də var.

Teleqraf.com xəbər verir ki, Tripolidəki Baş nazir Əbdülhəmid Dbeybəhə sadiq olan silahlılar paytaxt küçələrini qorumağa çalışırlar. Liviyanın Prezident Şurası münaqişə tərəflərini atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb.

Silahlı toqquşmaların başladığı Ayn Zara qəsəbəsində Tripoli İnqilab Briqadası ilə AL Radaa silahlı qruplaşması arasında davam edən döyüşlərdə ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

Liviyada vəziyyət ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan ümumxalq seçkilərinin baş tutmaması səbəbindən gərginləşib. Bu ilin martında Liviya parlamenti Sirtə şəhərində Fəthi Başağanı yeni hökumət başçısı seçib. Tripolidəki hökumətin rəhbəri Əbdülhəmid Dbeybəh isə Baş nazir postunu təhvil verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru