Gürcüstanda xilasetmə helikopteri qəzaya uğradı – ANBAAN VİDEO

30-07-2022, 08:14           
Gürcüstanda xilasetmə helikopteri qəzaya uğradı – ANBAAN VİDEO
Gürcüstanın Qudauri dağ kurortunda Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Məlumata görə, xilasetmə xidmətinin helikopteri paraplanı qayaya çırpılmış iki nəfəri dərədən çıxarmağa yollanırmış.

Hadisə yerindən olan görüntülərdən aydın olur ki, pilot idarəetməni itirib.

İlkin məlumatlara görə, helikopterdə beş nəfər – iki pilot və üç xilasedici olub.

Daxili İşlər Nazirliyi hələlik baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru