Mingəçevirdə uşaqlarına özbaşına iynə vuran ana FACİƏYƏ SƏBƏB OLDU
30-07-2022, 08:37
Mingəçevirdə 2 və 3 yaşlı uşaqlarına iynə vuran ana bədbəxt hadisəyə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərinin Sağ Sahil yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, nənəsinin evində halı pisləşən 2 yaşlı İslamzadə Nuray Rəhman qızı və 3 yaşlı qardaşı İslamzadə Fərrux Rəhman oğluna anaları özbaşına iynə vurub. Halları pisləşərək ölümcül vəziyyətə düşən uşaqlar təcili xəstəxanaya çatdırılıb.
Tibb işçilərinin çevik müdaxiləsi nəticəsində 3 yaşlı oğlanın durumu tam stabilləşib, 2 yaşlı Nuray isə reanimasiya şöbəsinə yerləşdirilib.