Milli Yaylaq Festivalından qayıdan jurnalistlər yolda köməksiz qaldılar - FOTO

31-07-2022, 08:33           
Milli Yaylaq Festivalından qayıdan jurnalistlər yolda köməksiz qaldılar - FOTO
Bu gün Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Teref.az Trend-ə istinadən xəbər verir ki, yağış suyu torpaq yolu keçilməz edib.
Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.
Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.
Qeyd edək ki, jurnalistlərin bugünkü səfəri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru