Rusiya Qara dəniz Donanması Sevastapolda qərargah ərazisinə zərbə endirildiyini açıqlayıb.
APA-nın xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsinə binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını bildirib.
Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.