Çubays reanimasiyalıq oldu

31-07-2022, 22:38           
Çubays reanimasiyalıq oldu
Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi və “Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubays Avropa xəstəxanalarının birində reanimasiyaya yerləşdirilib.

Bu barədə teleaparıcı Kseniya Sobçak məlumat verib.

Onun sözlərinə görə, Çubaysın vəziyyəti qeyri-stabildir.

Keçmiş məmur qəfildən özünü pis hiss edib, qolları və ayaqları keyiməyə başlayıb.

Ona Qiyena-Barre sindromu diaqnozu qoyulub.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan az sonra Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsindən istefa verərək ölkəni tərk edib. Rusiyanın hakim dairələrində bu, hakimiyyətə xəyanət kimi qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru