Gəncədə şok olay: Sahibkar arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT
1-08-2022, 10:53

Gəncə şəhərində 1986-cı il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində keçmiş arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib. TEREF.AZ xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 4-də şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Marketdə mağazada Vəli ər-arvad münasibətində yaşadığı keçmiş arvadı Baharı döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Ətraflı
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli bildirib ki, Bahar və övladları ilə birlikdə yaşayır: “2007-ci ildə Bahar ilə ailə həyatı qurmuşam. Həmin nikahdan övladlarımız dünyaya gəlib. 2018-ci ildə boşanmağımıza baxmayaraq hər iki övladıma görə barışıb, birlikdə yaşamağa başlamışıq. Lakin barışığımız rəsmiləşdirməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə. Bahar ilə birlikdə olduğumuz müddətdə ev işlərinə səhlənkar olub: “Arvadım gününün böyük hissəsini anası ilə telefonla danışmaqla keçirib. Arvadım xadiməçi işləyir. İşdən kənar vaxtlarda mənə məxsus marketdə kserekopiya aparatından müraciət edənlərə surət çıxarmaqla məşğul olur. Arvadım yalan danışdığı üçün aramızda mübahisə baş verdi”.
Vəli qeyd edib ki, hadisə baş verən günü saat 12 radələrində marketdə olan zaman kserekopiya ilə bağlı müraciət edənlərə Bahar yalan danışıb: “Arvadım müştərilərə mənim olmadığımı mütəmadi olaraq yalandan deyərək onları mağazadan uzaqlaşdırıb. Buna görə ona iradımı bildirdim, mənə cavab qaytardı. Arvadım mənə hörmətsizlik etdiyi üçün əl zərbəsi ilə onun sifətindən vurdum. Arvadım səhvini dərk etmək əvəzinə özündən çıxaraq mənə nalayiq sözlər söylədi. Həmin vaxt anam mağazada bizi sakitləşdirməyə çalışdı. Bu zaman arvadım baş verənlərdə məni günahlandırdı. Ünvanıma nalayiq sözlər söylədiyi üçün əsəbiləşdim. Özüçdən çıxaraq əl zərbəsi ilə arvadımın başından vurdum, sonra isə əllərim ilə bir neçə dəfə vurdum. Həmin vaxt əsəbi olduğum üçün Baharı dəqiq olaraq hansı nahiyyəsindən vurduğumu xatırlamıram”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, Vəli ilə münasibətləri normal olmasına baxmayaraq son zamanlar ondan qohumlarından pul tapmasını tələb edib: “Hadisə günü özümüzə məxsus marketdə olduğumuz zaman Vəli təkrar pul taparaq gətirməyimi istədi. Buna etiraz etdikdə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Vəli kobud danışdıqda ona cavab qaytardım. Bunun üçün Vəli mağazanın içində əl zərbəsi ilə bşımdan vurdu. Sonra isə əlləri ilə saçlarımdan tutaraq yerə yıxdı və yerdə olan zaman təpik zərbələri kürəyimdən , sağ çiynimdən və başımdan vuraraq xəsarət yetirdi. Mübahisə zamanı Vəlinin anası mağazanın anbarda olub və gəldikdə baş verənlərin şahidi olub”.
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Vəlinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.