Sərnişinləri avtobusda elektrik cərəyanı vurdu: 10 ölü
1-08-2022, 12:18
Hindistanın Qərbi Benqal əyalətində faciə yaşanıb. AzVision.az xəbər verir ki, ANI agentliyi avtomobildə elektrik cərəyanı ilə bağlı yaranmış problem nəticəsində azı 10 nəfər öldüyünü, 16 nəfərin isə yaralandığını yazıb. Yerli polisin agentliyə verdiyi məlumata görə, hadisə bazar günü axşam saatlarında Kuç Behar rayonunda baş verib. 27 sərnişini daşıyan mikroavtobusda qısaqapanma baş verib. Qeyd edilir ki, avtomobilin arxasındakı audiosistem üçün olan generatorun naqillərində problem yaranıb. Sürücü hadisə yerindən qaçıb.