Kişi arvadını qonaqların gözü qarşısında yandırdı

3-08-2022, 09:57           
Kişi arvadını qonaqların gözü qarşısında yandırdı
Rusiyada Penza rayonunda məhkəmə 32 yaşlı kişini 37 yaşlı arvadını qətlə yetirdiyinə görə həbs edib.

Milli.Az bildirir ki, bu barədə bazar ertəsi, avqustun 1-də Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, iyulun 17-də səhər saatlarında ər-arvad uşağı və başqa bir dostu ilə çoxuşaqlı ailəyə baş çəkməyə gəlib. Ziyafət zamanı sərxoş ev sahibi arvadı ilə mübahisə edib, talvardan benzin götürüb, arvadına tökərək yandırıb. Qonaqlar alovu söndürməyə çalışsalar da, qadın ağır yanıq xəsarətləri alaraq xəstəxanada ölüb.

Müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "e" bəndi ("Qətl") ilə cinayət işi açıblar. Məlumdur ki, çoxuşaqlı ata mərhum həyat yoldaşının sağlamlığına zərər vurduğuna görə artıq məhkum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru