"Taliban" Tacikistanı hədələdi:

3-08-2022, 17:10           
"Taliban" Tacikistanı hədələdi:
Radikal "Taliban" hərəkatının 217-ci Öməri Ordu Korpusunun komandir müavini Molla Can Məhəmməd Həmzə (Mullah Can) Düşənbənin Əfqanıstanın daxili işlərinə müdaxiləsini dayandırmayacağı təqdirdə Tacikistanı bir həftə ərzində ələ keçirəcəyi ilə hədələyib.

Cebhe.info xəbər verir ki, bu barədə "8am.af" saytı öz mənbələrindən birinə istinadən məlumat yayıb.

Bu açıqlama Tahoreyə səfər edən "Taliban" hökuməti nazirinin iştirakı ilə verilib. Molla Can eyni zamanda Rusiyanın Tacikistanın arxasında dayanmadığı təqdirdə təhlükənin reallaşa biləcəyini dəqiqləşdirib.

Qeyd edək ki, 217-ci Öməri Korpusu İslam Əmirliyi ordusunun səkkiz korpusundan biridir. 2021-ci ilin oktyabrında Əfqanıstan Milli Ordusunun tərkibində olan 217-ci "Pamir" Korpusundan formalaşdırılıb. Qərargahı Qunduzda yerləşir. Korpusa Qunduz, Baqlan, Taxar və Bədəxşan briqadaları daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru