Laçında qalan ermənilər təxliyə edilir: “EVLƏRİ YANDIRIN” tapşırığı

3-08-2022, 18:53           
Laçında qalan ermənilər təxliyə edilir: “EVLƏRİ YANDIRIN” tapşırığı
Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyyəsinə başlayır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “pastark” agentliyi məlumat yayıb.

Məlumata görə, baş separatçı Araik Arutyunyan bu gün Laçında qalan ermənilərin təxliyyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb.

Qeyd edək ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru