Rusiyada deputat Silahlı Qüvvələr haqqında "dezinformasiya" yaydığına görə axtarışa verilib

10-08-2022, 11:38           
Rusiyada deputat Silahlı Qüvvələr haqqında "dezinformasiya" yaydığına görə axtarışa verilib
Rusiyanın Omsk şəhərində Kuybışev rayon məhkəməsi şəhər sovetinin deputatı Dmitri Petrenko barəsində axtarış elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kuybışev rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona yaşadığı mənzili tərk etmək qadağan olunubmuş. O, şəhər sovetinin iclaslarında iştirak etmirmiş. İlkin məlumata əsasən, Dmitri Petrenko Rusiyadan xaricdədir.

“Axtarış elan edilməklə yanaşı, onun barəsində həbs-qətimkan tədbiri də seçilib. O, indiyədək məhkəmə iclaslarında iştirak etməyib”, - məhkəmədən bildirilib.

İstintaqın ilkin versiyasına əsasən, D. Petrenko sosial şəbəkədə etibarlı mənbə adı altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyatlar" nəticəsində mülki infrastrukturu və Ukraynanın dinc sakinlərini məhv etməsinə dair “yalan” məlumatlar yaymaqda ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru