İranlı qadınlarla molla arasında hicab davası

10-08-2022, 15:25           
İranlı qadınlarla molla arasında hicab davası
Sosial mediada İrandakı məscidlərdən birində təşkil edilmiş əzadarlıq məclisində mollanın hicabla bağlı çıxışından sonra qadınların müdaxilə edərək onu susdurmasına dair video yayılıb.

TEREF Bizim.Media-ya istinadən xəbər verir ki, videonun davamında açıq-aydın görünür ki, xanımların narazılığı qarşısında tab gətirə bilməyən molla onlardan üzr istəyərək, qadınları yaranmış anlaşılmazlığa son qoymağa çağırır.

Məlumata görə, hicabla bağlı çıxış edən molla iddia edib ki, guya ölkəni çənginə alan bahalıq və bütün bədbəxtliklərin səbəbi qadınların hicaba riayət etməməsidir.

Savadsız mollanın iddiasına görə, həyat yoldaşı hicabsız olan bütün kişilərin cənnətə girişinə icazə verilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru