Konqoda 800 məhbus həbsxanadan qaçdı - 2 polis, 1 üsyançı öldü

11-08-2022, 00:07           
Konqoda 800 məhbus həbsxanadan qaçdı -
Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb.

Butembodakı Kakvanqura həbsxanasına “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması hücum edib.

Hücum zamanı üsyançılar 874 məhbusun saxlandığı həbsxananın gözətçi və kamera qapılarını sındıraraq 800-dən çox məhbusun qaçmasına kömək ediblər.

“Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Gedeon Kyunqu Mutanqanın rəhbərlik etdiyi separatçı “Mai-Mai Kata Katanqa” qrupu ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır. Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru