Rusiyanın işğalı altında olan Melitopolda güclü partlayış olub

29-09-2022, 12:22           
Rusiyanın işğalı altında olan Melitopolda güclü partlayış olub
Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.

Bu barədə şəhərin meri İvan Fedorov özünün “Telegram” kanalında xəbər verib.

“Melitopolun sənaye və iqtisadi kollecinin yaxınlığındakı yaşayış massivində güclü partlayış baş verib”, - deyə o bildirib.

İlkin məlumata görə, avtomobil partlayıb.

“Biz detallarını dəqiqləşdiririk”, - deyə Fedorov əlavə edib.

Yerli mediada yayılan məlumata görə, kollecin binasında təhsil departamentinin rəhbəri Yelena Şapurova oturur, partlayan maşın da ona məxsusdur.

Mənbə: “RBK” Ukrayna












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru