ABŞ-də qayıqları batan balıqçılar köpək balıqlarının hücumuna məruz qaldılar - FOTO/VİDEO

13-10-2022, 12:44           
ABŞ-də qayıqları batan balıqçılar köpək balıqlarının hücumuna məruz qaldılar - FOTO/VİDEO
Qayığı batan balıqçılar köpək balıqlarından yalın əlləri ilə xilas olmaq məcburiyyətində qalıblar. Qorxu dolu anlar ABŞ-ın Luiziana ştatında baş verib.

Bildirilir ki, balıqçılardan uzun müddət xəbər almayan qohumlar bu barədə Sahil Mühafizəsinə xəbər verib. Dərhal axtarış təşkil edilib. Bu işdə yerli yaxtaçılar da kömək ediblər. Fəlakət bölgəsinə helikopter göndərilib və sahildən 40 kilometr aralıda batmış yeddi metrlik qayıq aşkar edilib.

Məlum olub ki, bütün günlərini suda keçirən ekipaj sağ qalıb. Bu müddət ərzində balıqçılar onlara hücum edən köpək balıqları ilə mübarizə aparmalı olublar. Xilas edilələrin ikisinin qollarında köpək balığı dişləməsi yaraları olub. Bundan başqa onlardan birində hipotermiya əlamətləri görünüb.


Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabil qiymətləndirilir.

“Əgər qohumlar sahil mühafizəsinə müraciət etməsəydilər və zərərçəkənlər xilasedici jilet geyinməsəydilər, hər şey daha pis bitə bilərdi”, - deyə Sahil Mühafizəsindən bildirilib.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru