Pakistanda DƏHŞƏT: 12 uşaq avtobusda yanaraq ÖLDÜ

14-10-2022, 12:16           
Pakistanda DƏHŞƏT:
Pakistanın Sind əyalətində Kəraçidən evlərinə daşqından sağ çıxanları aparan avtobusun magistral yolda alışması nəticəsində 12-si uşaq olmaqla azı 17 nəfər yanaraq ölüb.

Publika.az xəbər verir ki, bu barədə "Arab News" yazır.

Avtobusda 80 nəfər olub. Onların hamısı Sindin yuxarı əyalətindəki Khairpur, Nathan və Şahdakı kəndlərini vuran daşqınlardan zərər çəkənlərdir.

"Yanmış avtobusun içindən meyitlər çıxarılıb.“Onlardan 12-si uşaq, ikisi qadın və üçü kişidir", - deyə Sind əyalətinin səhiyyə naziri Qasim Sumro bildirib.

Avtobusda daha bir uşaq meyitinin olduğu da ehtimal edilir. Qurbanların sayının dəqiqləşdiriləcəyi qeyd edilir.

Yanğın gecə saatlarında Nuriabad şəhərində polis idarəsinin yaxınlığında baş verib.

Nuriabad polis rəisinin müavini Vajid Tahim mediaya bildirib ki, bütün avtobusu bürüyən yanğının avtomobilin kondisionerindəki qısaqapanmadan qaynaqlandığı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru