Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədəki hərbi hissəsində atışma olub - Onlarla ölən var

16-10-2022, 08:18           
Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədəki hərbi hissəsində atışma olub -
Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub. “Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“Baza”nın məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Eyni zamanda “SOTA” teleqram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Bununla belə, atəş açan hərbçilərin sayı 3 nəfər olub. Onlardan ikisi yerindəcə öldürülüb, 1-i isə qaça bilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru