Krımda muzeyləri təxliyə etməyə hazırlaşırlar - Artıq əmr yazılıb

16-10-2022, 09:27           
Krımda muzeyləri təxliyə etməyə hazırlaşırlar - Artıq əmr yazılıb
Krımın işğal hakimiyyəti muzeylərin təxliyəsi, xüsusilə də Rusiya ərazisinə təxliyəsi qaydaları barədə əmr imzalayıb.

Bu barədə «Feysbuk»da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ informasiyasında söhbət açılır («UNİAN»).

Xəbərdə deyilir ki, müvəqqəti işğal olunmuş Ukraynanın Krımında işğal hakimiyyəti əmr imzalayıb. Əmrdə muzeylərin təxliyəsi qaydaları müəyyən olunub.

Onlar daxili (işğal bölgəsi daxilində) və xarici (RF ərazisinə) təxliyə planlarını təsdiqləyiblər. Bu zaman qeyd olunur ki, təxliyəyə ilk olaraq, ən böyük material qiymətli eksponatlar cəlb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru