Rusiyada hərbi poliqona silahlı hücum olub - 11 nəfər çağırışçı öldürülüb (Yenilənib)

16-10-2022, 09:29           
Rusiyada hərbi poliqona silahlı hücum olub - 11 nəfər çağırışçı öldürülüb (Yenilənib)
Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə müdafiə qurumunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, olayı MDB ölkəsindən olan 2 nəfər edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar: “Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib”.

Nazirlik cavab atəşi nəticəsində hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru