Bakıda süpürgəçini avtomobil vurub 17-10-2022, 10:19 Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub.Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Facebook-da paylaş