Bakıda tanınmış həkim özünü öldürdü - FOTO

17-10-2022, 19:41           
Bakıda tanınmış həkim özünü öldürdü - FOTO
Bakıda intihar hadisəsi baş verib.

Teref.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib. Çoxlu qan itirən 33 yaşlı şəxs vəfat edib.

Araşdırmalar zamanı məlum olub ki, həyatına son qoyan R.Maqsudov həkim-onkoloqdur. O, Tibb Universitetini bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib. Daha sonra R.Maqsudov ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru