Sülhməramlıların maşını partladıldı - ÖLƏNLƏR VAR

18-10-2022, 08:53           
Sülhməramlıların maşını partladıldı -
Malinin şimalında BMT sülhməramlılarını daşıyan maşın naməlum şəxslər tərəfindən partladılıb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Düjarrik məlumat verib.

Əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində üç BMT sülhməramlısı həlak olub, daha üçü isə ağır yaralanıb.

Sülhməramlılar Kidal bölgəsinin şimalında mina axtarışı ilə məşğul olan zaman hücuma məruz qalıblar.

Xatırladaq ki, BMT-nin MINUSMA adlı missiyası çərçivəsində Maliyə 12 000-ə yaxın hərbi qulluqçu yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru