Kiyevdə həmyerlimizə qarşı sui qəsdin üstü acılıb - Cinayətkar dəstə həbs edilib

17-01-2023, 08:09           
Kiyevdə həmyerlimizə qarşı sui qəsdin üstü acılıb -
Teref.az yazır ki, həmyerlimiz Yalchin Qəhrəmanogluna qarşı sui qəsdin üstü acılıb və cinayətkarlar həbs edilib. Bu barədə həmyerlimiz yazır:
Xüsusi əməliyyatı Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamenti həyata keçirib. MPSAD əməkdaşları mənim cinayətkarlar tərəfindən fiziki məhv edilməm barədə əməliyyat məlumatı alıblar. 2022-ci il sentyabr ayında onlar mənim təhlükəsizliyimi təmin edib və cinayətkarlar tərəfindən fiziki olaraq məhv olunmağımın qarşısını almaq üçün səy göstəriblər. 5 yanvar 2023-cü ildə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlardan səsboğucu tapança, qumbaralar və zərərçəkənlərin və həmçinin mənim şəklim götürülüb. Istintaq zamanı məlum olub ki, cinayətkarların başqa məqsədləri olub, bir sıra başqa cinayətlər də olub: onlar hədə-qorxu ilə tələb etmək, yandırmaq, fiziki repressiya, sənədləri saxtalaşdırmaq, sifarişli qətllər ilə məşğul olublar.İstintaq davam edir...
Kremlə qarşı informasiya mübarizəmdə mənə dəstək olan polis və digərlərinə təşəkkür edirəmə
Yalchin Qəhrəmanoglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru