Avropanın səkkiz ölkəsi İsrailin Qəzza zolağının işğalı planlarına qarşı çıxıb
Bu gün, 16:14
İslandiya, İrlandiya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail hökumətinin Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək barədə son açıqlamasını pisləyiblər.
Xarici siyasət idarələrinin rəhbərlərinin bu barədə müvafiq bəyanatı Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunub.