Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt

Bu gün, 17:48           
Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt
Yay aylarında vətəndaşların üz tutduqları bölgələrdə olan restoran və istirahət mərkəzlərindən sosial hesablarda mütəmadi şikayətlər yayımlanır.

Belə şikayətlərdən biridə müştəri narazılığına səbəb olan Qəbələdə yerləşən “Köşəm” restoranıdır.

Xalq-a müraciət edən Cavid Abbasov (ad soyad şərtidir) bildirib ki, çox ciddi saxtakarlıqla üzləşib. Belə ki, Qəbələdə “Köşəm” restoranında nahar ediblər. Əvvəlcə yer göstərildi sonra administrator yaxınlaşıb bura rezervdir deyərək digər masaya keçmək tələb olundu. Şikayətçi bildirib ki,sifariş çox gec gətitilidi,daha sonra isə hesabda şişirdilmiş qiymət göstərildi.

Müştəri qeyd edir ki, qəbzə baxmasa idi restoranda aldadılacağ imiş. Menyuda 7 manat yazılan qiymət tam şişirdilmiş hesablanıb.

Belə ki, 7 manatlıq yeməyə 22 manat hesablanıb. Bu saxtakarlığa etiraz etdikdə restorandan bildiriblər ki, bizdə iki menyu var biri yerli müştərilər üçün yəni vətəndaşlarımız üçün digəri isə xarici turistlər üçün. Hətta menyuların üz qabığının rəngidə seçilir.

C. Abbasov bildirir ki, buna etiraz etdikdə hesab yerli müştərilərə təklif olunan qiymətlə hesablanıb və yanlışlıq olduğunu bildiriblər.

Məsələ ilə bağlı restoran nümayəndəsindən heç bir açıqlama almaq mümkün olmadı.(Xalq)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru