"Onlardan heç nə almayın, fırıldaqçıdırlar" - ÇAĞIRIŞ
Bu gün, 17:08
"Yolda cavan oğlanlar dayanıb çiyələk və moruq satırlar. Maşını saxlayıb qiyməti soruşuram, cavab verir ki, 22 manat. Deyir, 3 kiloqramdır. Baxıram ki, 3 deyil, heç 2 kiloqrama da çatmır. Uzağı 1 kiloqram 200 qram olar. Demədim, aşağı sal. İnsandır, günün altında durur. 22 manat verdim və aldım".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi yolda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:
"Sonra deyir birini də götür. Qayıtdı ki, 20, sonra 18 manat ver. Maşına otururam, deyir 15 manata verirəm. Bu, 15 manatdırsa, niyə 22 manata satırsan? Əsl Azərbaycan versiyası, qurtarın da bunu. Yolda meyvə satanlardan he nə almayın, fırıldaqçıdırlar. 22 manat acı deyiləm. Niyə 15 manatlıq çiyələyi, 22 manata satırsan?".