Çində itlərlə birgə qalmağa icazə verən hotel açıldı

Bu gün, 16:58           
Çində itlərlə birgə qalmağa icazə verən hotel açıldı
Çində "Biguiyuan Phoenix" hoteli turistlərə qaldıqları müddətdə özləri ilə it götürməyə imkan verən "ev heyvanı ilə birgə qalmaq" xidmətini işə salıb.
Bu barədə "South China Morning Post" qəzeti xəbər verir.

Hubey əyalətinin Uhan şəhərində yerləşən hotelin rəhbərliyi yeni xidməti istifadəyə verib. Belə ki, turistlərə gündüz onları müşayiət edəcək və otaqda birlikdə gecələyəcək itlə qalmaq təklif edilməyə başlanılıb. Belə bir xidmətin qiyməti 499 yuan (70 ABŞ dolları) təşkil edir.

Təklifdən yararlanmaq üçün qonaqlar xüsusi müqavilə imzalamalıdırlar, bu da heyvanların hücumu zamanı onlara kompensasiyanın ödənilməsinə zəmanət verir. Qonaqlara sakit xarakterli on itdən birini seçim etmək təklif olunur.

Heyvanı qonaqlara təklif etməzdən əvvəl baytarlar onların sağlamlığını və davranışlarını yoxlayırlar. İtlər əvvəlcədən peyvənd olunur və qonaqlarla necə davranacaqlarına dair öyrədilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru