Yaponiyanın "Sega" videooyun şirkəti bir zamanların məşhur kompüter oyununu yenidən canlandırıb.
"Comicbook" nəşri xəbər verir ki, bu hadisə oyunun fanatlarını iki cəbhəyə bölüb.
Belə ki, "LEGO Sonic" hələlik yalnız "Roblox" platformasında mövcuddur. Bir çoxları yeni oyunu alqışlasalar da, lakin digərləri bunu əldən verilmiş bir fürsət olaraq görürlər.
Belə ki, oyun həvəskarları "Sega"dan konsollar və ya fərdi kompüterlər üçün tamhüquqlu oyun tələb edirlər.
Qeyd edək ki, "Sonic" 2026-cı ildə 35 illik yubileyini qeyd edəcək.