Günəşdə qeyri-adi partlayış oldu

Bu gün, 17:14           
Günəşdə qeyri-adi partlayış oldu
Avqustun 10-da Günəşdə qeyri-adi partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, partlayış 13 dəqiqə davam edib.

Alimlərin sözlərinə görə, partlayışdan sonra radiasiya bir saatdan çox müddət ərzində yüksək səviyyədə qalıb.

Qeyri-adi plazma emissiyası Günəş diskinin kənarına yaxın yerdə baş verib. Alimlər qeyd edirlər ki, ya bu emissiya fövqəladə böyük olub, ya da Günəşin müxtəlif yerlərində iki partlayış üst-üstə düşüb və belə bir mənzərə yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru