Rus reper Macan (Andrey Kosolapov) və bloger Mixail Litvin bahalı avtomobili yandırıblar.
Bu barədə “Zvezdaç” "Telegram" kanalı məlumat yayıb.
Kosolapov bunu Litvinlə Moskvada konserti zamanı edib. O, “Hər kəs üçün” mahnısını ifa edib.
2020-ci ilin oktyabrında Litvin qalmaqalın mərkəzində olub. Bloger "YouTube" kanalında 13 milyon rublluq avtomobilinə benzin tökərək yandırdığı videonu yayımlayıb. O, bunu rəsmi dilerin düzəldə bilmədiyi avtomobildə yaranan nasazlığına görə edib.
Litvinin sözlərinə görə, dilerlər problemi həll edəcəklərinə söz veriblər, lakin blogerin xahişlərinə baxmayaraq, heç nəyi həll etməyiblər.