"eCopter" pilotsuz helikopteri ilk sərbəst uçuşunu həyata keçirib
Bu gün, 17:54
"FlyNow Aviation" startapı elektrikli mühərriklə işləyən pilotsuz "eCopter" helikopterinin təhlükəsizlik trosları olmadan ilk sınaq uçuşunu həyata keçirib.
4PDA xəbər verir ki, ikirotorlu aparat Şərqi Avstraliyada yerləşən test poliqonunda havaya qalxıb.
Qeyd olunur ki, "eCopter" gələcəkdə yük və sərnişin variantlarında istehsal ediləcək.
Onun sürətini saatda 130 kilometrə qədər çatdıracağı və bir dəfə elektrik doldurmasından sonra 50 kilometrə qədər məsafəni qət edəcəyi gözlənilir.
Uçuş zamanı 150 metr hündürlükdə səs-küy səviyyəsi 55 desibeli ötməyəcək, bu da qabyuyan maşının səs gücünə bərabərdir.
Şirkət artıq Avropa İttifaqında ilkin sertifikat alıb və 2027-ci ilə qədər yük daşınmasına başlamağı planlaşdırır.