Xərçəng kimləri hədəfə alır?

Bu gün, 16:44           
Xərçəng kimləri hədəfə alır?
Siqaret çəkmək, o cümlədən elektron siqaretlər, spirtli içkilərdən istifadə, şəkərli diabet, piylənmə, qırmızı ət və yağlı qidaların həddindən artıq istehlakı xərçəngə səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin belə bildirib.

"Siqaret çəkənlərin təkcə ağciyər xərçəngi deyil, müxtəlif lokalizasiyalı xərçəngə tutulma ehtimalı 30 dəfə çoxdur. Üstəlik, bu, elektron siqaretlərin bütün növlərinə aiddir, çünki tüstüyə məruz qalma və kanserogenlər hələ də qorunub saxlanılır. Bundan əlavə, spirtli içkilər, xüsusən də həddindən artıq çox istifadə bir neçə növ xərçəngin inkişafı üçün risk faktorudur".

O qeyd edib ki, risk faktorları arasında piylənmə, şəkərli diabet, müxtəlif xroniki xəstəliklər, həmçinin insan papillomavirusu kimi virus infeksiyaları var. Həmçinin, kolorektal xərçəngə yoluxma hallarının artmasına qırmızı ət və yağlı qidaların artıqlığı birbaşa təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru