Çin ABŞ-nin "yüksək ötürücülük yaddaşı" (High-Bandwidth Memory - HBM) çiplərinə ixrac nəzarətin zəiflədilməsini tələb edir.
Bu barədə "Financial Times" nəşri xəbər verir.
Məlumata görə, Çinin rəsmi şəxsləri belə bir çağırışla Vaşinqtonda ekspertlərə müraciət ediblər.
Bildirilir ki, keçmiş prezident Co Baydenin administrasiyası HBM çiplərinə nəzarətin Çinin süni intellekt çiplərini böyük miqyasda istehsal etmək qabiliyyətinə "ən ciddi məhdudiyyət" olacağına inanırdı.
Bu nəzarətlərin yumşaldılması Çinin ildə milyonlarla süni intellekt çipi istehsal etməsinə yol aça bilər.
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət razılaşmasının əldə edilməsi üçün son tarix avqustun 12-dir.