Türkiyədə zəlzələ: Ölən şəxs məşhur aktrisanın əmisi imiş – FOTO

Bu gün, 15:48           
Türkiyədə zəlzələ:
Türkiyədə ötən gün baş verən zəlzələdə həlak olan şəxs tanınmış aktrisa Eylül Tumbarın əmisi olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Yaxınlarının dağıntılar altında qaldığını açıqlayan aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: “Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru