İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etirazlar başlayıb

5-03-2023, 10:06           
İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etirazlar başlayıb
İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qızların naməlum zəhərli maddə ilə kütləvi zəhərlənməsinə görə etiraz aksiyalarına başlayıblar. APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib.

Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.

Qeyd edək ki, məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər. Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru