Məktəbliləri daşıyan avtobus Alp dağlarında dərəyə düşüb - FOTO

5-03-2023, 11:34           
Məktəbliləri daşıyan avtobus Alp dağlarında dərəyə düşüb - FOTO
Fransada məktəbliləri Alp dağlarına səyahətə aparan avtobus geriyə qayıdarkən dərəyə yuvarlanıb.

Hadisə vaxtı avtobusda 40 nəfər məktəbli olub.

İnsident nəticəsində 18 şagird və bir nəfər orta yaşlarında olan şəxs və sürücü xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İlkin versiyaya görə, sükan arxasında olan sürücünün səhhətində problem yarandığından o idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Mənbə: Metro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru