25 kiloluq metro paneli sərnişinin qarşısına düşdü - ANBAAN VİDEO

6-03-2023, 10:59           
25 kiloluq metro paneli sərnişinin qarşısına düşdü - ANBAAN VİDEO
ABŞ-ın Massaçusets ştatında metro stansiyasının çıxışına doğru gedən sərnişin tavandan düşən 25 kiloluq panelin altında qalmaqdan son anda xilas olub.

BAKU.WS "ensonhaber"ə istinadən xəbər verir ki, qəza anı stansiyanın təhlükəsizlik kameralarına əks olunub.

Qeyd olunur ki, sərnişin pilləkənlərə tərəf qalxarkən tavandakı panel onun düz qarşısına düşüb və sərnişinin bir müddət hadisənin təsirində qaldıqdan sonra yoluna davam edib.

Ölümdən son anda xilas olan sərnişin Cianna Navarro davamlı olaraq ətrafa və tavanlara baxdığını bildirib.

"Fiziki cəhətdən yaxşıyam, amma həqiqətən hadisədən sarsıldım. Sadəcə yeriyirdim və yadımda qalan tək şey tavanın uçmasıdır" - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru