ABŞ-də sərnişin təyyarənin qapısını açıb tullanmağa çalışdı: “Məni öldürmək istəyirlər” - VİDEO

8-03-2023, 11:58           
ABŞ-də sərnişin təyyarənin qapısını açıb tullanmağa çalışdı: “Məni öldürmək istəyirlər” - VİDEO
ABŞ-də uçuş zamanı təyyarənin təcili çıxış qapısını açmağa cəhd edən və bələdçiyə hücum çəkən sərnişin saxlanılıb.

Los-Anceles - Boston reysi ilə uçan təyyarədə təcili çıxış qapılarından birinin açılmasına cəhd edildiyi barədə həyəcan siqnalı işə düşüb. Bələdçilərdən biri 33 yaşlı Fransisko Severo Torres adlı sərnişini qapının yanında gördüyünü deyib.

Onun sözlərinə görə, Torres qapıya müdaxilə etməyə çalışıb. Bu zaman Torres oturduğu yerdən qalxaraq əlindəki sınıq metal qaşıqla kabin əməkdaşına hücum edib və onu boynundan yaralamağa çalışıb. Sərnişinlərin köməkliyi ilə Fransisko Severo Torres bələdçilər tərəfindən zərərsizləşdirilib.

Təyyarə Bostonun Loqan hava limanına təhlükəsiz eniş etdikdən sonra o, nəzarətə götürülüb.

Torres ifadəsində metal qaşığı təyyarənin ayaqyolunda sındırdığını etiraf edib. Həmçinin qeyd edib ki, bələdçilərdən biri onu öldürməyə çalışır, buna görə də təyyarədən tullanmaq istəyib. “Uçuş heyətinə müdaxilə etmək və təhlükəli silahlardan istifadə etmək” ittihamı irəli sürülən Torres martın 9-da məhkəmə qarşısına çıxacaq. Onun günahı sübuta yetirilərsə, ömürlük həbs cəzası ala biləcəyi qeyd edilir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru