Goranboyda azyaşlı uşaq binadan yıxıldı

10-03-2023, 11:36           
Goranboyda azyaşlı uşaq binadan yıxıldı
Goranboyda üç yaşlı oğlan uşağı binadan yıxılıb.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4 mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu çoxmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncədəki klinikalardan birinə köçürülüb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru