Meyit kimi yandırılan kişi 9 il sonra DİRİ TAPILDI

15-03-2023, 10:28           
Meyit kimi yandırılan kişi 9 il sonra DİRİ TAPILDI
Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı güman edilən Çjo Kanluo adlı kişi bu yaxınlarda sağ tapılıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, qəzadan sonra yaxınları və dostları guya onun yol kənarındakı meyitin kişiyə aid olduğunu müəyyən ediblər. Qəzadan sonra Çjonun qardaşı oğlu cəsədi yarılmadan kremasiya (yandırmaq) etmək qərarına gəlib.

Lakin 9 il sonra kənddə qəfildən qəribə davranışı ilə yerli hakimiyyət orqanlarının diqqətini çəkən bir kişi peyda olub. DNT analizi "ölümündən" uzun illər keçməsinə baxmayaraq, onun Çjo olduğunu sübut edib.

Məlumata görə, kişi nəvəsi ona baş çəkərkən göz yaşlarına boğularaq qohumlarının adlarını yazıb. İndi Çin səlahiyyətliləri 2014-cü ildə Çjou ilə səhv salınan adamın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru