Helikopter sürə bilməyən şəxsdən uğursuz oğurluq cəhdi - FOTO

17-03-2023, 12:18           
Helikopter sürə bilməyən şəxsdən uğursuz oğurluq cəhdi - FOTO
Kaliforniyanın (ABŞ) Sakramento hava limanında “Bell 429” helikopteri uğursuz qaçırılmaq cəhdindən sonra qəzaya uğrayıb.

Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib.

Şübhəli hadisə yerindən qaçıb.

“Hazırda heç kim saxlanılmayıb”, - deyə polisdən bildirilib.

O da vurğulanıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Helikopterin məxsus olduğu “Capitol Helicopters” şirkətindən “Bell 429”un ciddi zədələndiyi bildirilib.

Bundan əlavə, şirkətə məxsus daha bir neçə helikopter də vandalizmə məruz qalıb. İstintaqa Federal Təhqiqat Bürosu qoşulub.



Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru