Köln hava limanında ağlasığmaz hərəkət: 57 yaşlı kişi…

25-03-2023, 00:12           
Köln hava limanında ağlasığmaz hərəkət:
Almaniyanın Köln Bonn hava limanında 57 yaşlı kişi avtomobili piyadaların üzərinə sürüb.
Bu barədə Almaniyanın “DPA” agentliyi məlumat yayıb.

Polisin sözlərinə görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.
Qeyd olunur ki, sürücü qapalı dayanacaqda avtomobili qəsdən piyadaların üzərinə sürüb.
Hadisə zamanı bir neçə avtomobilə də ziyan dəyib.
57 yaşlı şəxs saxlanılan zaman müqavimət göstərərkən iki polis əməkdaşını da yaralayıb.
Məlumata görə, həmin şəxs xəstəxanaya aparılıb. Ehtimal olunur ki, o, psixi pozğunluqdan əziyyət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru