Tramp Milli Qvardiyanı Vaşinqtona göndərib

Bu gün, 10:18           
Tramp Milli Qvardiyanı Vaşinqtona göndərib
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda asayişi bərpa etmək üçün oraya Milli Qvardiyanı göndərib.

Bu barədə o, bazar ertəsi jurnalistlərə bildirib.

“Asayişin və ictimai təhlükəsizliyin bərpasına kömək etmək üçün Milli Qvardiyanı Vaşinqtona, Kolumbiya dairəsinə göndərirəm”, - Tramp deyib.

Xatırladaq ki, Tramp ötən həftə şəhər hakimiyyətini artan cinayət səviyyəsinə görə tənqid edərək vəziyyətlə özünün məşğul olacağına söz verib. O cümlədən o, Vaşinqton küçələrindəki evsizlərlə bağlı problemə onları paytaxtdan kənara göndərərək və mənzillə təmin edərək tezliklə son qoyacağını vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru